пятница, 25 сентября 2015 г.
суббота, 9 мая 2015 г.
Düşünə bilmək doğrudan da yaxşı imiş
Çox uzun sürən bir müddətdən sonra bloquma nə isə yazmaq istəyirəm. 2015-ci ilin may ayının 09-dur. Əslində Bahar fəslinin ən gözəl günlərindən biridir. Baharın, təbiətin bu çağında insanın düşüncələri sanki saflaşır, yenilənir, yaşamaq, yaratmaq həvəsi artır. Lakin... Bəli, lakin, qlobal iqlim dəyişmələri deyəsən gerçək üzünü göstərməkdədir. Bayaq eyvanımın lap qənşərindəki albalı ağacına baxıram. Ara vermədən yağan yağışlar, mövsümə uyğun olmayan soyuqlar çiçəklərin meyvə tutmasına ciddi təsir göstərmişdir. Ağacın üstündə iki tək, bir çüt albalı görsənir. Digər meyvələr də eləcə.Pərişan oluram. Deyirlər pis hava yoxdur, pis əhval-ruhiyyə var. Amma görürəm ki, əhval-ruhiyyəni də doğuran elə hava imiş. May ayı az qala yarı olur hərdən yenə peç yandırırıq. Çünki soyuqdur.
Gözəl günlər istəyir könlüm, mənim düşünmək həvəsimi dirçəltmək üçün. Günəş üçün darıxmışam. Aydın göylər, mas-mavi səma həsrəti ilə hər gün dünyaya göz gəzdirirəm.
Gözəl günlərdə ətragdakı hər şey sənə də gözəl görsənir. Gözəl dünyamıza, uca yaradan o günləri yenidən göndər. 09 may, 2015
Подписаться на:
Сообщения (Atom)