Ön söz
Aşağıdakı yazı 2015-ci ilin fevral ayının əvvəlində " www.powertowomen.az" saytında gedib. Gənc yazar Bənzərə stimul verdim. Bir qədər sonra Bənzər şeirləri və ədəbi nümunələri ilə Türkiyə mətbuatında çap olunmağa başladı. Onun ədəbi nümunələri qardaş ölkənin oxucuları tərəfindən çox yaxşı qarşılandı. Beləliklə bir il keçməmiş Bənzərin bənzərsiz yaradıcılığını nəzərə alan təşkilat komitəsi onu 15-17 mayda keçiriləcək "Nevzen Tevfik Kolaylı Bafra Uluslararası 5.Şiir Şöleni ve Sanat Günlari"ne dəvət edir. 14 ölkədən şeir həvəskarlarının qatıldığı bu möhtəşəm tədbirdə Bənzər şövqlə yazdığı şerləri oxuyub və tamaşaçıları heyran qoyub.
Bənzər o görüşlərdən böyük təəssüratla qayıdıb və deyir ki, təşkilati dəstək olarsa belə bir “Şeir, sənət günləri”ni məhz Zaqatalada keçirmək üçün əlindən gələni edərdi. “Mən ilk dəfə idi belə mötəbər tədbirdə iştirak edirdim. Bunu özümə uğur hesab edirəm. 14 ğlkənin qatıldığı belə bir tədbir həqiqətən əsil sənət yarışı, yaradıcılıq hesabatı, məsuliyyətli bir iş idi. Mən sevinirəm ki, orada canım qədər sevdiyim Azərbaycanı təmsil edirdim. Məni hansısa bir yaradıcılıq təşkilatı ora tövsiyə etməmişdi. Məni türkiyə mətbuatındakı çıxışlarıma, orada çap olunan şeirlərimə və hekayələrimə görə dəvət etmişdilər. Hasab edirəm ki, ölkəmi layiqincə təmsil etmişəm. Lakin bir arzum var belə bir uluslararası tədbiri burada, Zaqatalada gerçəkləşdirmək. Mən buna çalışacağam.”
Ümid edirəm ki, gənc yazar Bənzər Ələddin qızının bu arzusu çox kreativdir və o bu arzunu reallaşdıra bilər. Təbii ki, müvafiq qurumlardan ona dəstək olsa. Ona uğurlar arzu edirəm.
“Həyat bir kənd qızı üçün
rəngarəng göy qurşağı kimi olmaz...”
Nə qədər fərqli yazmağa
çalışsaq da bir mövzuda ardıcıl olaraq fərqli fikirlər söyləmək çox çətindir.
Onsuz da istər yazılı mətbuatı, istərsə də internet səhifələrini oxuyan çox az
insan var. İnternet yazarları mənə etiraz edə bilərlər. Deyərlər ki, niyə,
bizim ziyarətçilərimiz çoxdur. Səhifəyə baxış sayı hələ oxucu demək deyil. Mən
də sevinərdim ki, bizim azərbaycanlı oxucularımızın sayı gündən-günə çoxalsın.
Hər halda hər yazıdan heç olmasa nə isə öyrənmək, görüb-götürmək olur. Oxumaq
insanın düşüncələrini cilalayan ən gözəl vasitədir. İstəməknən deyil, konkret
faktlar başqa sey deyir.
Elə ona görə də, bu dəfə
qadınlarımızın həyatına elə birbaşa onların baxış acısından ziyarət etmək
istədim. Öz fikirlərimi deyil, onların öz düşüncələrini qələmə almaq istədim.
Bəlkə də bu fərqli bir janr kimi səsləndi, bəlkə də qələm dostlarım məni
qınayaraq dedilər:”bu necə müsahibədir?” Mən isə onun janrını müəyyənləşdirmək
fikrindən tam uzağam. Bilmirəm müsahibədir, bilmirəm sadəcə söhbətdir, hər
nədirsə mənim fikirlərini qələmə aldığım şəxs ucqar bir rayonda, ucqar bir
kənddə yaşayır. Onun qəribə və maraqlı fikirləri ilə Facebook səhifəsində
yazdığı statuslarda tanış olmuşam. Hiss etdim ki, içində yırtıb çıxmaq
istədiyi, oralara yerləşmədiyi bir dünyası var. Lakin bunu etmək olmaz. Çünki,
kənd qızıdır və qonum-qonşu, qohum-qardaş, ümumiyyətlə kənd buna nə deyər. Hər halda düşüncələri onunla birgə yaşayır,
bəzən həyata küsür, qadın təkliyinə qarşı üsyan etmək istəyir, bəzən də qısılır
qəlbinin bir küncünə, orada təsəlli axtarır. O dünyasını dolduracaq bir işlə
məşğul olmaq istəyir, amma, necə. Axı, o bir kənd qızıdır. Bu statusdan
sıyrılıb çıxmaq elə bilirsiniz asandır. Mən ona elə Fb-dan müraciət yazdım. Və onu
da olduğu kimi sizə təqdim edirəm.
-Benzer salam. Sənə bir mövzu
demək istəyirəm, onu mənim üçün yaz. "Bir kənd qızının düşüncələri".
Burada onun həyata baxışını, sıxıntılarını, ailədə yerini göstərməyə çalış. O
özünü xoşbəxt sana bilirmi? Bilmirsə bunun səbəbləri. Tərk edilən qadınlar və
s. Yazını inboxa göndərərsən. Gözləyəcəyəm. Çox da gecikdirmə.Həcm məhdud
deyil. Nə qədər istəsən yaza bilərsən. Həyat hekayəsi də olar.
Çox keçmədi telefonum işarə
verdi ki, mesajın var. Mən, düzü cavabı belə tez alacağımı düşünməmişdim.
Afərin, Bənzər! Deyəsən axı... Nə isə. Sevinmişdim və tez mesajı, daha doğrusu
yazını oxumaq istədim. Bənzər yazırdı:
"Bir kəndli qızının qələmindən"
Çox düşündüm bu mövzuda yazıya hardan başlayacagımı, necə başlayacağımı.
Necə başa düşüləcəyimi bilmirəm, amma bir kəndli qızı olaraq düşüncələrimi
yazmaq istədim...Əslində kənardan bəsit görünə bilər bir kənd həyatı və bir
kəndli qızının həyata baxışı.. Bəlkə də toplum olaraq yazdığım ücün bunu qəbul
etməyəcəksiniz. Amma coxluq olaraq bu
bir gercəkdir...
Həyat bir kənd qızı üçün rəngarəng göy qurşağı kimi olmaz..
Onlar üçün dünyada iki rəng var "qara və ağ"... Bu ağli-qaralı
dünyalari icində ümüdlərinə sarılaraq yasayarlar.. Ailə bağı, mentalitet dəyərləri,
çevrənin düşüncələri onlar üçün daha
önəmlidir.. və ən acısı isə öz istədikləri kimi deyil başqalarınin istədiyi
kimi yaşayarlar..
Əslində elə də böyük arzuları olmaz, amma buna rəğmən həyatdan möcüzə
gözləyirlər..Bir addım atmaq üçün özüylə deyil hər kəslə hesablaşmaq
məcburiyyəti oldugu ücündür. Bəlkə də
"xoşbəxtlik" məfhumu onlar üçün sadəcə kitablarda və romanlarda
oxuduqlari bir əl çatmaz istək olaraq qalir... Ailidə önəmli yerləri var ,
çəkəcəklərindən artiq yükləri daşiyarlar çiyinlərində. ..Kəndli qizinin
süslənmiş , bər- bəzəkli vücüdu deyil, kəndli
qizinin Əxlaqa bürünmüş lıbası olur.. Bu mövzu o qədər dərin ki, inanin içinə
girərsəm itməkdən qorxuram. Və qisa olaraq mənim baxışım bu qədər.. Mən az
yazdım bəlkə də, siz cox anlayin:))
Duymadı kimsələr duymadı məni..
Duymadı qəlbdəki sevgi dünyamı.
Dodaqdan getməmiş məhəbbət tamı..
Sevgimi içimdə bogdular mənim...
Buda bir kəndli qizinin gərçəkləşməmiş sevgisi .
-Çox yaxşı. Niyə tələsdin
yekunlaşdırmağa. Bir az da genişləndir və tək qadin probleminə də toxun. Ailə
zorakılıgı da aktualdır.
Ugurlar, yaxşı
alınır,-deyə onu cəsarətləndirməyə çalışdım.
-İcimdən gələni yazdim. Elə
yazdığım kimi də yolladım, şad oldum bəyəndiyinizə. Bilmək olar nə üçündür
?
-Sən yaz. Hər halda sonunda
sənə gondərəcəyəm.
-Oldu, davam edim men o zaman .
O davam etdi.
Qadınlardan söz etmişkən
illərdən bəri hələ də aktual problem olaraq qalan Qadın zorkılığına da toxunmaq
istəyirəm.. Bu zorakilığın qurbanı olanlarsa ən çox kəndli qizlarımızdir.. Həyat bəzən elə qəliz olur ki, labirint kimi
girişi bəlli çixişi isə çətin olur. .. Bu dünya hər birimizindirsə, bu dünyada
yaşamaq hamımızın haqqıdırsa, nədən bu
zorakıliqlar, nədən qadınlara qarşı şiddət ??
Təhsil, ailə, uşaq- bunları
bir arada tutub həyata sarılıb öz ayaqları üzərində dayanmaq üçün çalışmaq
qəbahətdirmi ?? Niyə məhz ən çox da Azərbaycanlı qadınlar?? Əslində bu
sualların cavabı hər birimizə bəllidir.. 21-ci əsrdə yaşasaq da hələ də qız övladlarını
təhsildən yayındırıb, işləməyə, çoxunu
isə evlənməyə məcbur edirlərsə demək ki, bu qadın zorakılıgı hər zaman olacaq..
Sonuc olaraq da cəmiyyətimizdə boşanmaların sayı hər gün çoxalmaqdadir... Həyat
insanlara verilmiş ən böyük Hədiyyədir. Gəlin insan olduğumuzu unutmayaq ,
gəlin dəyər verək Qadınlarımıza..!
-Benzer, davam et. Sən
yazdiğın problemlərin həllini necə görūrsən? Qadının cəmiyyətdə rolunu necə qiymətləndirirsən?
Ugurlar. Unutma ! Bütün uģurların
əsasında səbr durur.
O, o qədər də optimist
deyildi. Davam etmək üçün bir az israr etdim. Cavabı belə oldu:
-Günortadan sonra dogan
günəş isitərmi insani ?? Çalışacam.
-Mən dedim, sen hele
gūnortaya çatmaga bir qədər var. Çox da dūşgūn olma
-Düşgünlük deyil. Inanın ki, sadəcə hər şeyi real qəbul edirəm.
Çox sag olun ki, məni dinləyirsiniz.
Və o davam etdi..
-Dunya bos bir kainat ,
icindəki varliqlarla gozəldir.. Daşı,
torpağı, suyu, havasi, her sey
dunyaya min rəng qatır. Onlarin başında duran Allahin ən boyuk varliqlari olan
insanlardir.. Hər seyleri mükəmməl, bütöv yaradilan insanlar.. Heç nə təsadüf
deyil həyatda, hər sey birbirini
tamamlamaq üçün yaradılıb. Ali varlıqlar olan insanlar üçündür hər sey bu həyatda. Onlar belə birbirini
tamamlamaq ucundur. Qadın ve Kişi.. Amma
yaradılışdan bu yana hər.zaman qadınlar əzilən sinif olaraq qalir. Həyatın ən
aparıcı varlıqları olan qadınlar hər zaman bir pillə asağida tutulub.. Qadınlar
yalniz "ana" olmaq ücün yaradılıb sanki və hələdə bu düşüncəylə
yasayanlar ve hələdə düşüncələrinə istinad edərək qadınlara bu gözlə baxanlar
var.. Qadın həyata təkcə uşaq dunyaya gətirmək üçün gəlməyib. Qadının da
həyatda insan kimi yasamağa, sözunu deməyə haqqi var..Paylasdığımız həyat hər
kəs üçün eynidir.. Və cəmiyyətin hər zaman ağilli qadina ehtiyaci var.. Bu
dövrümüzdə qadınlarımız var ki, soz
azadlığından, qadın hüquqlarından
yetərincə anlayır və istifadə edir.. Ancaq əsrimiz üçün yetərlimi ? Deyil ..
Qadınlarımız cəsarətiylə, fədakarlığıyla
hər zaman secilib dunya qadınlarından. Bəs niyə texnologiyanın, inkaşafın sürətlə
inkişaf etdiyi bir dövrdə qadınlarımız
bu qədər susqun, oz hüquqlarına sahib
çıxmağı bacarmayacaq qədər çarəsizdirlər. Nədir buna səbəb?? Ailə qınağımı , ictimaiyyət
qorxusumu? Mən də bir fərd olaraq söyləmək istəyirəm. Zamani deyilmi oyanmağın! Zamani deyilmi
artıq özümüzü qorumağin! Zamanı deyilmi siddətlərin, zorakılığın qarşısıni almağın.. Sən insan
olaraq gəlmisən həyata Qadin..!""
Onun üsyanını anlayırdım. Odur
ki, ona bele bir mesaj atdim.
-Fikirlerini ümumi deyil
bir az da konktet be. Mücerrədliyə çox getmə.
-Yazdıqlarım nəyəsə oxsayırsa
yazım.
-Yaz! Yazdiqca fikirler aydinlasir, fikirler aydinlasdiqca da məqsedi gore
bilirsen.
-Hec ağlıma gəlməzdi,
imtahan kimi gəlir bu yazdıqlarım mənə, çalışaram.
-Gorursen mesuliyyet hissi
inkisaf demekdir.
-Doğurdan elədir, təşəkkür edirəm
.
Bir azdan Bənzər yazdıqlarının
ardını göndərdi.
-Qadın yazmaqla bitməyəcək,
düşündükcə düşünüləcək, anladiq desəniz də sona qədər anlamayacağınız
varlıqdır. Nədir qadının həyatdan gözlədikləri? Nədir arzuları ? Nədir
istəkləri.
Cəmiyyətimizdə qadınlar iki qismə ayrilir .. Aktiv və passiv
həyat keçirən qadınlar və elə bu səbəbdəndir ki, onların düşüncələri və həyata baxışları da
fərqlidir. Amma, hər qadının tək arzusu qadın xoşbəxtliyidir... Hər biri bu
xosbəxtliyi bir şeydə tapir, kimilər
qurduqları karyerada, kimilər də
ailəsində, övladında. Kimiləridə
ümidləriylə ovunmaqda.: .
Və sevgidir ən önəmlisi qadını ayaqda tutan. Bir qadın agziyla
deyil gözləriylə gülürsə demək xoşbəxtdir... bu qədər .
-Artıq bu qızcığazı yormaq
iatəmədim. OK! dedim. Fikirləri çox maraqlı idi. Nəinki maraqlı, burada üsyan
da var idi, gözləntilər də, həyatı duymaq, ondan bir qadın kimi umacaqlar və
sair. 34 illik ömrünü doğulduğu kənddən başqa bir mühiti görmədən keçirən kənd
qızı üçün işıqlı fikirlərlə dolu, məntiqli mühakimələr məni razı salmışdı. “Bütün yazdiqlarini umumiləşdirəcəyəm.”-deyə
geriyə mesaj yazdım.
-Ümümiləşmis yazini mən də
görəcəyəmmi ?
-Hə!-dedim.
-Böyük həyəcanla gözləyirəm
.
Beləcə növbəti yazımın sonuna
gəldim. Onu da səmimi deyirəm ki, müsahibimin bir sözünü belə dəyişməmişəm.
Müsahibim maraqlı idi. Onunla fikir bölüşməyi davam etdirəcəyimi
düşünürəm.
Elmira Mehdiqızı,
Zaqatala
11 yanvar 2015-ci il