Əvvəla bu bloqu oxuyan hər kəsin yeni ilini tebrik edirəm! Her kese 2011-ci ilde can sağlığı, bol-bol sevinc, xoş günlər arzulayiram.
Bizlər ömür karvanının yolçularıyıq. Bu karvanın rastlaşacağı çətinliklərdən xəbərsiz, qarşıda bizi gözləyən təhlükənin və yaxud xoş təsadüflərin nədən ibarət olduğunu bilmədən irəliləyirik. Hər il sona çatanda ötən ilin ömrümüzün bəlkə də ən gözəl səhifəsini qoparıb apardığını fərq etmədən sevinirik. Sevinirik ki, yenə şam ağacını bəzəyəcəyik, oraya rəngbərəng oyuncaqlar, işıqlar asacağıq. Çünki bunu hamı edir. Amma mənim qəlbimdə ilin sonunda həmişə qərib bir nisgil olur, bu nisgil məni üşüdür, ürəyimi sızladır. Sanki mənim üçün əziz olan nədənsə, kimdənsə ayrılıram. Bu həqiqətən də belədir. Mən arxada qoyduğum acılı-şirinli ötən günlərimin nisgilini yaşayıram.
Mənə ötən günlərimdən ayrılmaq çox çətindir. O günlər mənim ömrümün səhifələridir. Ötən günə gün çatmaz calasan günü-günə. Ömür karvanı vəfasızdır. Ö bizi mənzil başına çatdırmağa tələsir. Təəsssüf ki, bu mənzil başında insan oğlunu ölum adlı bir kabus gözləyir. Bu mənzil başı böyük şəhərlər, gözəl ölkələr deyil, bu mənzil başı ömrün son astanasıdır.
Hər halda yeni il gəlir. Bir parça sevinci özümə çox görməyim. Sevinmək lazımdır, ömür payıma düşən bu ili də bağrıma basıram. Qoy bu il mənə və məni sevənlərə bol-bol uğur gətirsin.
Yeni iliniz mübarək, dostlar.
пятница, 24 декабря 2010 г.
среда, 1 декабря 2010 г.
"Sən necə də gözəlsən..."
Çoxları təbiətə qarşı olan münasibətini öz əhval-ruhiyyəsinə uyğun olaraq izah etməyə çalışır. Məsələn, məişət problemləri, onların həllindəki çətinliklər insanlarda elə çox sıxıntı yaradır ki, onları həyatdan zövq almaq kimi gözəl nemətdən məhrum edir. Səhər açılır-açılmaz bu qayğılara bürünən insan başqa şey barədə düşünə bilmir. Təbii ki, burada yaş və məsuliyyət hissi də öz sözünü deyir. Mən elə adamlar tanıyıram ki, yaşlanıb da amma heş nə vecinə deyil. Nə ailəsinin dolanışığı, nə özünün bir işə yaramaz olması və sair. Süfrə başında oturur, hamını özünə borclu sayır. Onun özünə haqq qazandırması artıq ətrafındakılarda ikrah hissi doğurur. Beləsinə atalar yaxşı ad qoyublar "bivec".
Yaxşı ki, belələri azdır. Yoxsa adam yaşamağına peşman olardı. Lakin qayğılara bürünən insanlara da qayğı göstərmək lazımdır. Belə insanlar hətta öz şəxsi həyatlarını belə unudurlar. Bütün günü iş-güclə olur, ancaq başqalarını düşünürlər. Bu başqaları istər doğmalar olsun, istərsə də, başqaları, hər halda o özü deyil. Onun özü sanki başqaların içərisində itib-batıb, görünməz olub. İşdə iş qayğılarına, evdə isə ev qayğılarına bürünən insanlar, məncə bir qədər də özünü düşünməli, həyatı yaşamağı bacarmalıdır.
Axı həyat insana bir dəfə verilir. O necə də gözəldir.

Подписаться на:
Сообщения (Atom)