Agentliyin dəstəklədiyi
layihədə məqsədimiz
müharibə
iştirakçılarını maarifləndirməkdir
“Yeni Fikir ” Jurnalist Həmrəyliyi İctimai
Birliyi QHT-lərə Dövlət Dəstəyi
Agentliyinin maliyyə dəstəyi ilə “Müharibə
iştirakçılarının dövlətin sosial siyasət sahəsindəki qanunvericiliklə bağlı maarifləndirmə təşəbbüsləri” layihəsinin
həyata keçirilməsinə start vermişdi.
Layihə 01 mart 2023-cü ildən 31 may 2023-cü ilə kimi Zaqatala, Balakən və
Qax inzibati rayonlarında həyata keçiriləcəkdir.
Layihənin məqsədi şəhid ailələri, qazilər və müharibə veteranlarının
hüquqlarının qorunmasına təkan olmaq, bu təbəqənin təmsilçilərinə yönələn dəstək
xarakterli fəaliyyət barəsində onlara ətraflı məlumat vermək, çatışmazlıqları şəffaf
şəkildə göstərməkdir. Müharibə iştirakçılarının
hüquqlarını, imtiyaz və qanuni mənafelərini qorumaq,onlar arasında ünsiyyət və əlaqəni
möhkəmləndirmək, gənclər və yeniyetmələr arasında milli vətənpərvərlik tərbiyəsini
gücləndirmək əsas məqsədimizdir. Bu məqsədə
çatmaq üçün hər üç rayonda maarifləndirici tədbirlər həyata keçiriləcək. Bu tədbirlərdə
daha çox müharibə iştirakçısının, veteranların, qazilərin, şəhid ailələrinin
iştirakının təmin olunması bir vəzifə kimi qarşıya qoyulub.
Layihənin hədəf qrupu I Qarabağ
müharibəsində və Vətən Müharibəsində şəhid olanların ailələri, qazilər və
veteranlar, onların ailələridir. İştirakçıların yaş həddi yoxdur, əsasən isə
18-40 yaş arası nəzərdə tutulub. Layihədən Zaqatala, Balakən
və Qax rayonlarının müharibə veteranları və qazilər faydalanacaqlar. 180 nəfər marifləndirici tədbirlərdə
iştirak edəcək.
Gözlənilən nəticələr isə belədir; müharibə iştirakçıları öz
hüquqlarını, imtiyaz və qanuni mənafelərini daha yaxşı biləcək, Vətən müharibəsi iştirakçılarının bilik və
bacarıqları artacaq, Vətən
müharibəsi iştirakçıları arasında ünsiyyət və əlaqə
möhkəmlənəcək, gənclər və yeniyetmələr arasında milli vətənpərvərlik tərbiyəsi
güclənəcək, Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin
mediada müzakirəsi, çap olunan materiallar da minlərlə oxucunu maarifləndirəcək.
Комментариев нет:
Отправить комментарий