среда, 1 декабря 2010 г.

"Sən necə də gözəlsən..."

   Çoxları təbiətə qarşı olan münasibətini öz əhval-ruhiyyəsinə uyğun olaraq izah etməyə çalışır. Məsələn, məişət problemləri, onların həllindəki çətinliklər insanlarda elə çox sıxıntı yaradır ki, onları həyatdan zövq almaq kimi gözəl nemətdən məhrum edir. Səhər açılır-açılmaz bu qayğılara bürünən insan başqa şey barədə düşünə bilmir. Təbii ki, burada yaş və məsuliyyət hissi də öz sözünü deyir. Mən elə adamlar tanıyıram ki, yaşlanıb da amma heş nə vecinə deyil. Nə ailəsinin dolanışığı, nə özünün bir işə yaramaz olması və sair.  Süfrə başında oturur, hamını özünə borclu sayır. Onun özünə haqq qazandırması artıq ətrafındakılarda ikrah hissi doğurur. Beləsinə atalar yaxşı ad qoyublar "bivec".
  Yaxşı ki, belələri azdır. Yoxsa adam yaşamağına peşman olardı. Lakin qayğılara bürünən insanlara da qayğı göstərmək lazımdır. Belə insanlar hətta öz şəxsi həyatlarını belə unudurlar. Bütün günü iş-güclə olur, ancaq başqalarını düşünürlər. Bu başqaları istər doğmalar olsun, istərsə də, başqaları, hər halda o özü deyil. Onun özü sanki başqaların içərisində itib-batıb, görünməz olub. İşdə iş qayğılarına, evdə isə ev qayğılarına bürünən insanlar, məncə bir qədər də özünü düşünməli, həyatı yaşamağı bacarmalıdır.
 Axı həyat insana bir dəfə verilir. O necə də gözəldir.

Комментариев нет:

Отправить комментарий