“Yeni Fikir” Şuranın dəstəyi ilə Saxurların toplum
halında yaşadığı
kənddə tədbir keçirdi
“Yeni Fikir ” Jurnalist Həmrəyliyi
İctimai Birliyi Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi
və Azərbaycan dilinin qorunmasının milli
azlıqlar arasında təbliğinə dəstək” layihəsi çərçivəsində ilk tədbirini Zaqatala
rayonundakı Suvagil kəndində keçirmişdir. Saxur icmasının kompakt halda
yaşadığı bu kənddə keçirilən “Azərbaycan,
yurdum mənim” interaktiv müzakirə də maraqlı anları ilə iştirakçıların
yaddaşında qalmışdır. Müzakirədə
30-dan çox yeniyetmə gənc və digər yaş qrupundan olan insanlar iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri
Elmira Mehdiyeva iştirakçıları layihənin məqsədi ilə tanış etmiş və hamını
müzakirədə fəal iştirak etməyə çağırmışdı.
İştirakçılar çoxmillətliliyin
Azərbaycanın böyük sərvəti olduğunu xüsusi vurğulamışlar. Onlar Qarabağ
savaşında saxurlu gənclərin necə qəhrəmanlıqla döyüşərək şəhid olduğunu qeyd
etmişlər. Bu kənddən olan şəhidlərin xatirəsinə kəndin mərkəzində abidə
ucaldılmışdır.
Qeyd edilmişdir ki, müxtəlif xalqların yaratdığı
maddi və mədəni sərvətlər ümumazərbaycan
mədəniyyətinin bir hissəsidir Müstəqillik
illərində milli azlıqlara öz mədəniyyətlərini
dirçəltmək, dillərini inkişaf etdirmək imkanları verilmişdir. Azərbaycan
dünyada tolerant bir ölkə kimi tanınmış, müxtəlif millətlərin bir ailə kimi
yaşadığı diyara çevrilmişdir.
“Zaqatala rayonu öz milli müxtəlifliyi ilə hər
zaman seçilmiş və tolerantlığa bir nümunə olmuşdur. Burada birgəyaşayışın gözəl
bir modeli formalaşmışdır. Əsrlər boyu 20-dən artıq xalqın nümayəndəsi mehriban
bir ailə kimi yaşamışlar”,- bu fikirləri kənd sakini, ağsaqqal Qeybulla
Hüseynov demişdir. O qeyd etmişdi ki, saxurların yaratdığı maddi-mədəniyyət
nümunələri Azərbaycan mədəniyyətinin bir hissəsidir. Saxurlarda xalq sənəti
növləri yaxşı inkişaf etmişdir. El bayramlarında, Novruz şənliklərində bu nümunələr
nümayiş etdirilir. Saxurlular öz ana dillərini qorumaqla bərabər Azərbaycan
dilini də mükəmməl öyrənir, bu dildə səlis danışırlar. Çünki, Azərbaycan
onların vətənidir və Azərbaycan dili də onlar üçün öz ana dilləri qədər
doğmadır.
Gənclər də müzakirələrdə maraqlı fikirlər söyləmişlər.
Sahib Doluxanov bildirir ki, sosial şəbəkələrdə çox oluram. İndi dünyada
ideoloji müharibə gedir. Sosial şəbəkələrdə hər dəfə Azərbaycana Qarabağa aid nəyəsə
öz münasibətini bildirmən tələb olunur. Mən bu işdə əlimdən gələni edirəm.
Çünki, mən Azərbaycan adlı vətənimi sevirəm, onun bayrağını, gerbini heç kəsin
təhqir etməsinə razı olmaram. Ətrafımdakı gəncləri də internetdə olaqkən belə
çıxışlara qarşı diqqətli olmağa təşviq edirəm. Azərbaycan dili biz saxurların
da dövlət dilidir. Onu mükəmməl bilməsək cəmiyyətə necə inteqrasiya edə bilərik.
Raziyyət Camalova isə bildirmişdir,-mən məktəbdə
işləyirəm, müəlliməyəm. Məktəbimizdə saxur dili 4-cü sinifə kimi tədris olunur.
Bu ondan ötrüdür ki, dilimizi qoruyaq, onu yaşadaq. Lakin dünyaya çıxışımız Azərbaycan
dili ilədir. Odur ki, Azərbaycan dilini böyüyən nəsilin daha yaxşı bilməsinə
çalışırıq. Bunun üçün məktəbimizdə “Azərbaycan dili” adlı ədəbi-bədii gecələr,
disputlar keçiririk, milli-mənəvi dəyərləri şagirdlərə aşılayırıq.
Mərasimdə iştirak edənlər layihənin əhəmiyyətini
xüsusi vurğuladılar. Qeyd etdilərr ki, belə
layihələr insanların vətənpərvərlik ruhunu yüksəldir.
Tolerantlığın hər cür münaqişəyə, qarşıdurmaya zidd olduğunu, inkişafa, tərəqqiyə
xidmət etdiyini layihə çərçivəsində həyata keçirilən tədbirlərin qayəsindən
hiss etmək olur.
E.Mehdiyeva
Комментариев нет:
Отправить комментарий